YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misirli jurnalist: Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub

Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən misirli jurnalist Məhəmməd Salama indiyədək 4-5 seçki məntəqəsində olduğunu və bütün prosesə fikir verdiyini bildirib. O, seçkilərin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Məhəmməd Salama bildirib ki, məntəqələrdə seçicilər rahat gəlib səs verə bilirlər. Onlar məntəqələrdə yoxlanılır ki, əvvəl səs verib-vermədikləri məlum olsun. Bundan başqa, məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün bunlar onu göstərir ki, seçkilər tam şəffaf keçirilir: “Seçkilərdə bundan əvvəlki və hazırkı müşahidələrim əsasında deyə bilərəm ki, Azərbaycan xalqı tam demokratik yolla öz namizədlərini seçmək hüququna malikdir”.

Misirli jurnalist deyib: “Seçki məntəqələrində apardığım müşahidələrdə diqqətimi daha çox iki məqam cəlb etdi. Birincisi, gənclərin daha çox seçki məntəqələrinə gəlib səs vermələri. İkincisi də seçki məntəqələrinin sədrləri və üzvləri arasında qadınların üstünlük təşkil etməsi və onların fəallığı”.

Məhəmməd Salama məntəqələrdə heç bir qanun pozuntusu müşahidə etmədiyini, seçicilərə hər cür şərait yaradıldığını vurğulayıb.