YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Parlament seçkiləri ilə əlaqədar 1000 məntəqədə veb-kamera quraşdırılıb

Ölkəmizdə artıq neçənci seçkilərdir ki, veb-kamera praktikasından istifadə olunur. Azərbaycanda seçki məntəqələrinin təxminən 20 faizində, yəni, 1000 məntəqədə veb-kamera quraşdırılıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Veb-kameralar vasitəsilə seçkilərin gedişini izləməyin çox sadə proses olduğunu qeyd edən MSK sədri bildirib: “Bunun üçün heç bir icazə tələb olunmur. İstənilən şəxs MSK-nın rəsmi saytına daxil olmaqla səsvermə günü 1000 məntəqədə səsvermənin gedişini izləyə bilər. Dünyanın hansı yerində olmasından asılı olmayaraq, istənilən şəxs Azərbaycanda keçiriləcək seçkiləri izləmək imkanına malikdir. Bu, demokratik ölkələrin seçki praktikasında da qəbul olunmuş haldır. Azərbaycanda seçkilərin şəffaf və azad keçirilməsi üçün bütün şərait yaradılıb”, - deyə M.Pənahov bildirib.