Xəbərlər
Deputatlığa namizəd Məşhur Məmmədov Masallının Kəlbəhüseynli kəndində seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Məmmədov parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Masallı rayonunun Kəlbəhüseynli kəndində seçicilərlə görüş keçirib.
Görüşdə Məşhur Məmmədov seçicilərə YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib.
Çıxış edən seçicilər 9 fevralda YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.