YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tbilisidə Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlərinin görüşü olub

Dekabrın 23-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarov ilə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani arasında ikitərəfli görüş keçirilib.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Nazirlər, eyni zamanda, regionda baş verən mühüm məsələləri müzakirə ediblər. İki ölkə arasında Hökumətlərarası İqtisadi Komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, eləcə də üçtərəfli əməkdaşlıq məsələləri, hər üç ölkənin iştirakı ilə ticarət, iqtisadiyyat, nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə mövzusu olub.

Enerji sahəsində əməkdaşlıq məsələlərindən bəhs edilərək Cənubi Qaz Dəhlizinin tikintisinin başa çatması və genişləndirilməsinin perspektivləri ətrafında müzakirələr aparılıb. O cümlədən TANAP layihəsinin başa çatmasının əhəmiyyəti qeyd edilib.

Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və tərəqqiyə töhfə verdiyi xüsusilə vurğulanıb.

Görüşdə nazirlər, həmçinin son regional və qlobal hadisələr üzrə fikir mübadiləsi aparıblar.

 

DİGƏR Xəbərlər Arxiv