YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail rayonunda seçici fəallığı müşahidə edilir

45 min seçicinin qeydiyyatda olduğu Səbail rayonunda Bələdiyyə seçkilərində fəallığı ilə müşahidə edilir.

Xüsusilə də 29 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, məntəqə sədri Əliyev Süleyman Ədalət oğlu), 4 saylı məntəqəsində (134 saylı orta məktəb, məntəqə sədri Əliyeva Lalə Əliheydər qızı), 6 saylı məntəqəsində (6 saylı orta məktəb, məntəqə sədri Həsənov Rüfət Ənvər oğlu), 15 saylı məntəqəsində (49 saylı orta məktəb, məntəqə sədri Ağayeva Mehparə Məmməd qızı), 22 saylı məntəqəsində (236 saylı orta məktəb, məntəqə sədri Quliyev Şakir Qulu oğlu) seçicilərin fəallığı daha çox müşahidə olunur.

Seçicilər səhər saat 8:00-dan etibarən rayon ərazisində fəaliyyət göstərən məntəqələrə gələrək, azad və şəffaf şəkildə səsvermədə iştirak edirlər.

Rayon ərazisini əhatə edən 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin tərkibində ümumilikdə 40 məntəqə fəaliyyət göstərir. Seçki dairələrinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqələr də var. Seçki məntəqələri bütün zəruri texniki avadanlıqlar, ləvazimatlar və məlumat kitabçaları ilə tam təchiz olunub.

Rayon ərazisində mövcud olan seçki məntəqələrində seçkilərin tam şəffaf, azad, ədalətli, demokratik və qanun çərçivəsində keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait mövcuddur.