YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: Yunanıstan Azərbaycan üçün dəyərli tərəfdaşdır

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin mühüm elementi enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq, Azərbaycandan Yunanıstana təbii qaz tədarükü və beynəlxalq enerji layihələrində hər iki tərəf üçün faydalı əməkdaşlıqdır. Biz Yunanıstanı dəyərli tərəfdaş və mühüm bazar hesab edirik.
Bu fikirləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yunanıstanın “İmerissia” qəzetinə müsahibəsində deyib.
R.Abdullayev bildirib ki, tərəfdaşlığımız Yunanıstana Cənubi Avropada geosiyasi mövqeyini daha da möhkəmlətməyə və Şərqdən Qərbə təbii qazın nəqli üçün alternativ enerji dəhlizinin yaradılmasında mühüm rol oynamağa imkan verəcək. Düşünürük ki, Yunanıstan regional qaz qovşağı və regionda təbii qaz sahəsində əsas oyunçu olmaq imkanına malikdir.
SOCAR-ın prezidenti qeyd edib ki, əsas məqsədimiz mövcud tərəfdaşlarımızla əlaqələri inkişaf etdirmək və möhkəmlətmək və eyni zamanda regionda gələcək biznes imkanlarının inkişafına çalışmaqdır.
 

DİGƏR Xəbərlər Arxiv