YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Nüfuzlu idman yarışlarının Azərbaycanda keçirilməsi təbii qanunauyğunluqdur

«Ölkəmizdə yüksək səviyyəli beynəlxalq idman yarşılarının keçirilməsi ənənəyə çevrilib. Bu mənada son illər nüfuzlu idman yarışlarının Azərbaycanda keçirilməsi təbii qanunauyğunluqdur”. Bu fikirləri Milli Məclisin deputatı Ağacan Abiyev deyib. 

A.Abiyev bildirib ki, son illər ölkəmizdə müxtəlif idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlar keçirilir. Onun fikrincə, bu fakt deməyə əsas verir ki, biz olimpiya oyunlarına ev sahibliyi etmək iqtidarındayıq. 

«Görülən işlərin arxasında bizim təcrübəmiz, dövlətimizin yüksək inkişafı və idmana göstərdiyi diqqət dayanır. Bu bizə bütün səviyyələrdə beynəlxalq idman yarışlarını yüksək səviyyədə keçirmək əzmində olduğuna inanmağa ciddi əsaslar verir. Hesab edirəm ki, gələcəkdə bu sahədə daha da böyük addımlar atılacaq»- deyə A.Abiyev vurğulayıb.