YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Neft Daşları” yatağında istismara verilən quyudan sutkada 10 ton neft hasil olunur

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağındakı 915 nömrəli stasionar dəniz özülündən ləğv olunmuş 1651 nömrəli quyu əsaslı təmir və geoloji tədbirlərdən sonra istismara qaytarılıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, quyu fasilə lay dəstəsindən 2356-2342 metr intervaldan sutkada 10 ton neft hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri “Neft Daşları” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.

 

DİGƏR Xəbərlər Arxiv