YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

General-polkovnik Zakir Həsənov: Azərbaycan Ordusunun təlimləri döyüş vəziyyətinə yaxın şəraitdə təşkil edilir

Azərbaycan Ordusunun döyüş hazırlığının gücləndirilməsi istiqamətində işlər aparılır.

Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 18-də keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, təlimlər döyüş vəziyyətinə maksimum yaxın şəraitdə keçirilir. Səhra bacarıqlarının artırılması ilə əlaqədar tez-tez təlimlər təşkil olunur. Azərbaycan Türkiyənin bu sahədə təcrübələrini öyrənir. İki qardaş ölkə birgə təlimlər təşkil edir.