Xəbərlər
Erkan Özaral: Azərbaycanda qətliam törədənlər Ermənistanda qəhrəman elan ediliblər

Həqiqətin öz yerini tapmasının artıq vaxtıdır. Türk millətinin tarixində heç bir zaman utanılacaq hadisə baş verməyib.
Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral Yeni Azərbaycan Partiyasında qondarma “erməni soyqırımı” ilə bağlı tədbirdə deyib.
E.Özaralın sözlərinə görə, bəzi dünya ölkələrinin qondarma “erməni soyqırımını” gündəmə gətirməsi haqsızlıqdır: “Qoy tarixçilər bunu araşdırsınlar. Biz Türkiyə olaraq arxivləri açmışıq, istənilən şəxs gəlib arxivlərdə araşdırma apara bilər. Ancaq ermənilərin arxivləri bağlı saxlanılır. Bu günə qədər 34 türk dilomatı ASALA terror təşkilatı tərəfindən qətlə yetirilib, Xocalıda günahsız insanlar ermənilər tərəfindən öldürülüb. Bunların hesabı verilməlidir, günahkarlar cəzalarını çəkməlidirlər”.