YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü Qara dəniz elektrik enerjisi halqasının inkişafına öz töhfəsini verəcək

“Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü” layihəsi Qara dəniz elektrik enerjisi halqasının inkişafına öz töhfəsini verəcək. Bu layihənin reallaşdırılmasında Gürcüstan tranzit ölkə rolunu oynayacaq.

Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə Bakıda keçirilən 13-cü illik konfransdakı çıxışında bu barədə danışan Gürcüstanın energetika nazirinin müavini Məryəm Valişvili Azərbaycanın əhəmiyyətli enerji mənbələrinə sahib ölkə olduğunu qeyd edib. "Bu layihə həm də Azərbaycanın öz enerji təhlükəsizliyini möhkəmləndirməsinə, elektrik enerjisi ixracını təmin etməsinə və Avropaya çıxışına imkan yaradacaq" - deyə M.Valişvili vurğulayıb.