YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanması, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

“Azneft” İstehsalat Birliyinin Mərkəzi Kimya Laboratoriyası bazasında 1929-cu ildə ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başlayan, 1959-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu adlandırılan bu mötəbər elmi mərkəz Azərbaycanda neft emalı və neft kimyası sahəsində fundamental tədqiqatları ilə tanınıb və ötən müddət ərzində mühüm nailiyyətlər qazanıb. İkinci Dünya müharibəsində qələbənin əldə edilməsində Bakı neftinin əhəmiyyətli rol oynaması, eyni zamanda, institut alimlərinin təqdirəlayiq əməyi ilə bağlıdır. İnstitutda işlənib hazırlanan yeni üsul və texnologiyalar, aparılan yüksək səviyyəli tədqiqatların nəticələri və ali dövlət mükafatlarına layiq görülən ixtiralar sənayedə özünün geniş tətbiqini tapıbdır. İnstitut əməkdaşlarının müvafiq elmi istiqamətlər üzrə tədqiqatları xarici ölkələrin ən sanballı elmi nəşrlərində əks etdirilib. İnstitutun hazırladığı yüksəkixtisaslı kadrlar respublikada və onun hüdudlarından kənarda bu gün də uğurla çalışmaqdadırlar.