YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: “Sosial sığorta haqqında” qanuna dəyişikliklər həm sahibkarların, həm də işçilərin maraqlarına uyğundur

““Sosial sığorta haqqında” qanuna dəyişikliklə bağlı məsələlər artıq uzun müddətdir ki, müzakirə olunur. Məsələnin mahiyyəti qeyri-leqal məşğulluğun qarşısının alınmasıdır”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, qeyri-leqal fəalyyətlə məşğul olan işçilərin sosial sığortası yoxdur. Bu baxımdan, qeyri-leqal məşğulluğun qarşısınının alınması ilə bağlı tədbirlər görülür.

“Bizim istədiyimiz leqallaşma ilə bağlı addımlar Vergilər Nazirliyi tərəfindən atılır. Digər bir məsələ sosial sığorta ilə bağlıdır. “Sosial sığorta haqqında” qanuna edilən dəyişikliklərlə əlaqədar həm sahibkarların vergi yükü azalır, həm də işçilər sosial sığortaya cəlb olunur. Əvvəllər əməliyyatlar DSMF tərəfindən aparılırdısa, indi bu məsələ Vergilər Nazirliyi tərəfindən tənzimlənəcək. Bütövlükdə qanuna edilən dəyişikliklər həm sahibkarlara, həm də işçiyə dəstəkdir”-deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv