YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: Ermənistan dünyada səsi eşidilməyən, nüfuzu olmayan bir ölkəyə çevrilib

«Prezident İlham Əliyevin Praqada keçirdiyi görüşlər dövlətçiliyimizin möhkəmlənməsi, işğal olunmuş torpaqlarımızın azad edilməsi, Avropaya inteqrasiyanın ardıcıl xarakter alması baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı istər ölkə daxilində, istərsə də xarici səfərlərdə çıxışı zamanı hər zaman cəsarətli, açıq şəkildə, birmənalı olaraq Ermənistanın təcavüzkarlığını ifşa edib». Bu fikirləri AVP sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, Azərbaycan Prezidentinin ifadə etdiyi mövqe bizim dövlət və milli maraqlarımıza xidmət edir. Onun sözlərinə görə, Prezidentimiz nəinki ölkə daxilində, eyni zamanda xaricdə də prinsipial, mövqeyindən geri çəkilməyən mövqeyini ortaya qoyur.

«Bu isə ölkəsini sevən, onun gələcəyini düşünən bir lider kimi dövlət başçısının nüfuzunu daha da artırır. “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində Avropanın kifayət qədər nüfuz sahibi olan siyasətçiləri qarşısında bir daha Ermənistanın təcavüzkar olması prezident Serj Sarkisyanın gözünün içinə söyləndi. Ermənistan prezidenti Türkiyənin ünvanına tənqidi, heç bir əsası olmayan, qərəzli fikirlərini səsləndirəndə isə ölkəmizin başçısı İlham Əliyev onu susdurdu. Məhz Prezident İlham Əliyevin müəyyən etdiyi hücum diplomatiyası nəticəsində Ermənistan dünyada səsi eşidilməyən, nüfuzu olmayan, hörmət qoyulmayan bir ölkəyə çevrilib. Təbii ki, işğalçı ölkənin bu duruma düşməsində Prezident İlham Əliyevin konseptual olaraq ortaya qoyduğu hücum diplomatiyasının böyük rolu var»- deyə, F.Ağamalı qeyd edib.