YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nino Çikovani: Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlər çox yüksək səviyyədədir

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlər çox yüksək səviyyədədir. Bizim Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatında da çox yaxşı əməkdaşlığımız var. Bu format bizə bir sıra vacib layihələri gerçəkləşdirməyə imkan verdi.

Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Nino Çikovani söyləyib. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan-Gürcüstan regional biznes forumu keçirilə bilər. Noyabrın 20-də keçirilməsi nəzərdə tutulan forumun paytaxt Tbilisidə deyil, Gürcüstanın bölgələrinin birində keçirilməsi planlaşdırılıb.

N.Çikovani, eyni zamanda, Azərbaycan, Gürcüstan və Türkiyə iş adamlarının biznes forumunun da keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. “Bu cür tədbirlər bizim əməkdaşlığımızı, dostluğumuzu, iqtisadiyyatımızı daha da möhkəmləndirir”, - deyə N.Çikovani vurğulayıb.