YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Firudin Qurbanov: Azərbaycanın dövlət rəmzləri tədris materiallarında geniş əksini tapıb

“Üçrəngli bayrağımız milli suverenliyimizin simvolu kimi müqəddəs bir dəyərdir”. Bu fikri təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

F.Qurbanov bildirib ki, bu bayraq milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

“Azərbaycanın dövlət rəmzləri tədris materiallarında geniş əksini tapıb. Belə ki, təhsilin bütün pillələrində, o cümlədən orta ixtisas və ali təhsil müəssisələrində dövlət rəmzlərinin tədrisinə xüsusi diqqət verilir. Biz istəyirik ki, gənclər vətənpərvər ruhda tərbiyə olunsunlar. Bayrağımız dalğalananda onlar bunu qəlbləri ilə hiss etsinlər. Biz bunun üçün birgə çalışmalıyıq”-deyə, nazir müavini qeyd edib.

DİGƏR Xəbərlər Arxiv