YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: VI Beynəlxalq Humanitar Forumunda vacib məsələlər müzakirə olundu

“Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumunda vacib məsələlər müzakirə olundu”. Bu fikri Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, Forumda dünyanın nüfuzlu siyasətçilərinin, elm və ictimai xadimlərinin iştirakı Azərbaycan həqiqətlərinin beynəlxalq birliyə çatdırılması baxımından əhəmiyyətlidir.  Onun sözlərinə görə, artıq Bakı şəhəri dünyanın humanitar mərkəzinə çevrilib.

 “Forumun təşkilatçıları və iştirakçıları olan dünya mədəni elitası nümayəndələrinin qarşıya qoyduqları əsas məqsəd təbiət, sosial və humanitar elmlər sahəsində gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşdırılması olub. VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyaları və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Forumda çıxışı zamanı Azərbaycanın keçdiyi inkişaf yolu və qarşıda dayanan hədəflər barədə fikirlərini söylədi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilib. Hazırda dünyada sivilizasiyalar arasında dialoqun gücləndirilməsi, multikulturalizm və tolerantlıq kimi dəyərlərin qorunması və inkişafı çox vacibdir. Azərbaycanın təcrübəsi bu baxımdan müsbət və təqdirəlayiq nümunədir”-deyə, deputat qeyd edib.