YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Əldə olunan nəticələr ölkəmizin uğurlu inkişafının göstəricisidir

«Bu ilin ötən 9 ayında ölkəmizin regionlarının dinamik inkişafı davam edib». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu müddətdə Azərbaycanın beynəlxalq reytinqi də güclənib. Onun sözlərinə görə, ən mötəbər qurumların beynəlxalq hesabatlarında Azərbaycanın islahatçı ölkə kimi mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb.

«Dünya İqtisadi Forumu tərəfindən Azərbaycan rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülüb. Azərbaycanın dövlər başçısının bəyan etdiyi kimi ölkəmiz dünya miqyasında bu göstəriciyə görə 38-ci yerdə olmaq tarixi nailiyyətdir. Dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındayıq. Bütün bunlar ölkəmizin uğurlu inkişafının göstəricisidir»- deyə, komitə üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv