YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Prezident İlham Əliyevin xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər mühüm yer tutur

“Prezident İlham Əliyevin xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər mühüm yer tutur. Bu baxımdan, dövlətimizin başçısının Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti ilə keçirdiyi görüş və “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması ikitərəfli əlaqələrin inkişafında çox ciddi rol oynayacaq”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə müxtəlif proqramlar çərçivəsində çox fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, Azərbaycanın ticarət tərəfdaşlığında Aİ ölkələri ilk yerdədir: “Cənubi Qafqaz regionunun lideri olaraq Azərbaycan böyük layihələrin müəllifi və iştirakçısıdır. Ölkəmizin liderliyi ilə reallaşan transmilli enerji layihələri, Cənub Qaz Dəhlizi layihəsi, onun tərkib hissəsi olan TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Eləcə də Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri də Aİ tərəfindən birmənalı olaraq dəstəklənir. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin aparıcı dövlətidir. Ölkəmizin həm geopolitik durumu, həm də iqtisadi vəziyyəti bölgədə mövqelərimizi daha da möhkəmləndirib. Aİ Şərqlə Qərb, Şimalla Cənub arasında münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyətini dərk edir. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Ona görə də, bu coğrafi məkanlar arasında iqtisadi münasibətlərin intensivləşməsində də Azərbaycanın əhəmiyyəti getdikcə artır”.

Millət vəkili bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi də ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır: “Sənəddə qeyd olunur ki, Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləyir. Göründüyü kimi, sərhədlərin toxunulmazlığı məsələsi Avropa İttifaqı tərəfindən ilk dəfə xüsusi qeyd edildi. Bu fakt Azərbaycanın diplomatik qələbəsidir. Artıq işğalçı Ermənistan dalana dirənib və o, diplomatiya cəbhəsində növbəti dəfə ölkəmizə məğlub oldu. Aİ-nin bu mövqeyi danışıqlar prosesində ölkəmizin mövqeyini daha da gücləndirir”.

DİGƏR Xəbərlər Arxiv