YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Aİ-Azərbaycan biznes forumu keçiriləcək

Bakıda hər il ənənəvi olaraq keçirilən Aİ-Azərbaycan biznes forumu bu il 5 iyun tarixində baş tutacaq. Avropa və Azərbaycan şirkət nümayəndələri və rəsmiləri ölkədə həyata keçirilən son iqtisadi islahatlar və bir sıra mühüm sənaye sahələrindəki inkişaf ilə bağlı müzakirələr aparacaq.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından Trend-ə verilən məlumata görə, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə əməkdaşlığı ilə Azərbaycan və Avropa şirkətlərini və digər maraqlı tərəfləri qarşıdan gələn Aİ-Azərbaycan biznes forumunda iştirak etməyə dəvət edir. Forum Bakı şəhərində, JW Marriott Absheron hotelində keçiriləcək.

Biznes forum Azərbaycanın iqtisadi islahatları ilə bağlı yeni perspektivləri təqdim edəcək və biznes liderləri, investorlar, hökumət nümayəndələri və siyasət formalaşdıran digər şəxslərdən ibarət təxminən 500 yüksək səviyyəli nümayəndələri bir araya gətirəcək. İştirakçıları mövcud biznes imkanları və çətinliklər barədə dialoqa cəlb etmək məqsədilə mühüm sektorlardan olan kənd təsərrüfatı və qida, tikinti və maşınqayırma, nəqliyyat və logistika, İKT və elektron ticarət sahələri ilə bağlı panel müzakirələri təşkil olunacaq.