Xəbərlər
İraq Respublikasının Baş naziri Doktor Heydər əl-İbadi Prezident İlham Əliyevə təbrik ünvanladı

İraq Respublikasının Baş naziri Doktor Heydər əl-İbadi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İraq xalqı və hökuməti adından, şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Cənab Prezident, Sizə işlərinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına davamlı inkişaf və sabitlik arzulayıram".