YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda uğurla davam edir

Aprelin 11-də keçiriləcək president seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda uğurla davam edir.

Kampaniya çərçivəsində növbəti görüş rayonun Qobustan qəsəbəsinin seçiciləri ilə keçirilib.

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov ölkəmizdə prezident seçkilərinin demokratik, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində görülən mütərəqqi işlər barədə məlumat verib. Milli Məclisin deputatı daha sonra YAP-ın prezident seçkilərində namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanın qazandığı əzəmətli nailiyyətlər barədə danışıb. Millət vəkilinin sözlərinə görə, hazırda dünyanın ən sürətlə inkişaf edən ölkəsi olan Azərbaycanda vətəndaşların sosial rifahının və həyat standartlarının yüksəldilməsi, regional inkişaf proqramlarının uğurla icrası, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin genişləndirilməsi istiqamətində də möhtəşəm nailiyyətlər əldə olunub. Qarşıda da böyük hədəflərin dayandığını  bildirən A.Hüseynov deyib ki, Azərbaycanın yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına daxil olmasını təmin edəcək bu hədəflərin reallaşdırılması üçün cənab İlham Əliyevə səs verməliyik.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Mirzəcan Xəlilov son 15 ildə ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətlə barədə geniş məlumat verərək deyib ki, bu dövr ərzində həyata keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə yüksəlib. Sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb.

Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatı Seçki Qərargahının üzvləri Xaliq Məmmədov, Nazim Hüseynov və Nəriman Qurbanov, Milli qəhrəman atası, Əliyusif Əliyev, qəsəbə ağsaqqalı Əlicavan İbrahimov və Zaməddin Həmşəyev cənab İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahının yüksəldilməsi istiqmətində misilsiz xidmətlərindən bəhs ediblər. Görüşdə bir daha əminliklə vurğulanıb ki, aprelin 11-də Qaradağ rayon seçiciləri Azərbaycanın daha parlaq gələcəyi naminə cənab İlham Əliyevə səs verəcəklər.