YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdəlilərin seçimi cənab İlham Əliyevdir!

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı tərəfindən prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. YAP Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Hacallı və Mehdili kəndlərində seçicilərlə görüş keçirib.

YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvlərindən Nurayə Məmmədova çıxış edərək bildirib ki, cənab İlham Əliyevin apardığı müstəqil siyasət nəticəsində bu gün Azərbaycan dünyanın ən sabit, inkişaf etmiş və insanların təhlükəsiz şəraitdə yaşadığı ölkələrindən birinə çevrilmişdir. Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarının, xalqımızın mənafeyinin qorunmasını təmin edir.
Görüşlərdə YAP fəalları Fuad Ağayev, Raqub Yunisov, Zərifə Məmmədova, Vidadi Əliyev, Tofiqə Məmmədova, kənd sakinləri Rizvan Nərimanov, Cəmil Əhmədov çıxışlarında Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan danışıblar.
Bildirilib ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşamasına mühüm töhfələr verməkdədir. Bütün bunlar da xalqımızın partiyamızı dəstəkləyəcəyinə və onun namizədi cənab Prezident İlham Əliyevə səs verəcəyinə təminat verir.