YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatında cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Binəqədi rayon seçiciləri ilə görüş keçirildi

24 mart 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Prezident seçkilərinə hazırlıqla əlaqədar cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Binəqədi rayon seçiciləri ilə görüş keçirildi.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov dövlət başçısı, bu ilin aprelin 11-də keçiriləcək Prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin siyasi fəaliyyətinə ətraflı diqqət yönəltdi. Ölkə prezidentinin bütün sahələr üzrə - iqtisadiyyat, kənd təsərrüfatı, ictimai-siyasi sabitlik, ordu quruculuğunun inkişafı sahələrində mühüm və təxirəsalınmaz islahatlar həyata keçirdiyini bildirdi. Bu islahatların məntiqi nəticəsi olaraq dövlətçiliyimizin daha da inkişaf etdiyini, yüksək inkişaf və tərəqqi yoluna qədəm qoyduğunu vurğuladı. Ramiz Göyüşov eyni zamanda dövlət başçısı cənab İlham Əliyevin uğurlu və məqsədyönlü xarici siyasəti haqqında fikirlərini bölüşdü. Məhz cənab İlham Əliyevin siyasi nüfuzu və qətiyyətli mövqeyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkəmizin tarixi qələbəsi olduğunu söylədi. Çıxışında bütün seçiciləri qarşıdan gələn Prezident seçklərində fəal olmağa və cənab İlham Əliyevə səs verməyə çağırdı.

Bakı Ali Neft Məktəbinin rektoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Elmar Qasımov çıxışında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələri əhatə edən uğurlu siyasi strategiyanı ətraflı təhlil etdi. Bir çox müsəlman ölkələrini cənginə alan fəlakətlərdən ətraflı bəhs edərək bunun fonunda Azərbaycanın sürətlə inkişaf etdiyini və dünya dövlətləri ilə sıx əməkdaşlıq etdiyini vurğuladı. Cənab İlham Əliyevin seçki kampaniyasının yüksək səviyyədə qurulduğunu bildirərək bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırdı.

Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında qeyd etdi ki, cənab İlham Əliyev ulu öndər Heydər Əliyev ideyalarının ən layiqli davamçısı olaraq daim ölkəmizin inkişafı və xalqımızın rifahı üçün çalışıb. Bütün seçiciləri bu ilin 11 aprel tarixində keçiriləcək Prezident seçkilərinə gedərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqımızın layiqli siyasi rəhbəri cənab İlham Əliyevə səs verməyə dəvət etdi.

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev isə kənd təsərrüfatının inkişafından ətraflı bəhs etdi. Cənab İlham Əliyevin kənd təsərrüfatı ilə məşğul olan əhaliyə, sahibkarlara yüksək diqqət və qayğı göstərdiyini, onların daha rahat, maneəsiz fəaliyyət göstərmələri üçün bir çox güzəştlər tətbiq etdiyini söylədi. Kənd təsərrfüatı ilə məşğul olanlara kreditlərin, subsidiyaların ayrılmasını bunun bariz nümunəsi adlandırdı. Bu islahatların sayəsində ölkəmizdə digər sahələrdə olduğu kimi istahsal sahələrinin də uğurla inkişaf etdiyini, vaxtilə SSRİ dövründə fəaliyyəti dayandırılan bir çox müəssisələrin öz fəaliyyətlərini bərpa etdiklərini vurğuladı. Aslan Mehdiyev cənab Prezident İlham Əliyevin siyasi qətiyyəti və rəhbərliyi altında tezliklə erməni işğalı altındakı torpaqlarımızın işğaldan azad olunacağına inamını bildirdi. Bütün seçiciləri cənab İlham Əliyevin ətrafında sıx birləşərək dəstək olmağa çağırdı.

Görüş seçicilərin bir sıra suallarının cavablandırılması ilə başa çatdı.

DİGƏR Xəbərlər Arxiv