YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdabda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir

Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Zərdab rayonunun Əlvənd və Otmanoba kəndlərində seçicilərlə görüşlər keçirilib.

Tədbirləri Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Pərvin Mahmudova  açaraq cənab İlham Əliyevin dünyada yaxşı tanındığını, ölkəmizin hərtərəfli inkişafında onun böyük rolu, diqqət və qayğısını xüsusi vurğulayıb və seçiciləri 11 aprel 2018-ci ildə keçiriləcək seçkilərdə ulu öndər Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşlərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Vüsalə Kərimova, Zabit Davudov, Ruslan Nemətov, Vəfa Bayramova, Mübariz Umarov Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu barədə danışıblar. Natiqlər aprelin 11-də keçiriləcək prezident seçkilərində seçiciləri fəallıq göstərməyə çağırıblar.

Görüşlərdə çıxış edən kənd sakinləri artıq seçimlərini etdiklərini və cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.