YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatı seçicilərlə növbəti görüş keçirib

"İlhamla irəli" devizi ilə təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Ağdam rayon şöbəsi martın 23-də  kampaniya çərçivəsində seçicilərlə növbəti görüş keçirib. Ağdam rayonu Quzanlı qəsəbəsinin Mədəniyyət evində keçirilən görüşü giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan abadlıq-quruculuq işləri barədə danışıb. Rayon təşkilatının sədri deyib ki, Dövlət proqramlarının uğurla icra olunması nəticəsində bu gün Ağdam inkişaf edərək müasirləşmiş rayonlarımızdan birinə çevrilib: "Bütün bunları xatırlatmaqla yanaşı bildirmək istəyirəm ki, ağdamlılar artıq öz seçimlərini ediblər və aprelin 11-də cənab İlham Əliyevə səs verəcəklər". 

Seçicilər qarşısında çıxış edən rayon təbliğat qrupunun sədri Hüseyn Bayramov deyib ki, ötən 15 ildə həyata keçirilən siyasət Azərbaycanın hərtərəfli inkişafına, o cümlədən insanların həyat şəraitinin daha da yaxşılaşmasına səbəb olub: "Ona görə də, aprelin 11-də hər birimiz seçki məntəqələrinə gedərək Prezident İlham Əliyevə səs verəcəyik".

Çıxış edən "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, YAP Mərkəzi Qərargahının təbliğat qrupunun üzvü  Bəxtiyar Sadıqov deyib ki, ötən 15 il ərzində Azərbaycanın inkişafını təmin etmək üçün bütün sahələr üzrə proqramlar qəbul olunub. Bu proqramlar hər bir azərbaycanlının həyat tərzinin yaxşılaşdırılmasına, sosial vəziyyətinin yüksəldilməsinə xidmət edir: "Buna görə də ölkə vətəndaşları, eyni zamanda ağdamlı seçicilər aprelin 11-də cənab İlham Əliyevə səs verəcəklər".

Seçicilər qarşısında çıxış edən Milli Məclisin deputatı, YAP Mərkəzi Qərargahının təbliğat qrupunun üzvü Bəxtiyar Əliyev isə əmin olduğunu bildirib ki, bundan əvvəlki seçkilərdə olduğu kimi aprelin 11-də də xalqımız doğru qərar qəbul edəcək və dövlətimizin iqtisadi inkişafının təməli olan Heydər Əliyev siyasətinə, bu siyasətin uğurlu davamçısı cənab İlham Əliyevə səs verəcək.