YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dövlətçilik ənənələrinin möhkəmlənməsində Heydər Əliyevin rolu”

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının təşəbbüsü, Quba Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Dövlətçilik ənənələrinin möhkəmlənməsində Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə, Müşfiq Məmmədli, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailə üzvləri, qazilər və partiya fəalları iştirak edib.

Konfransda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransda çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi və memarı kimi ölkənin siyasi, iqtisadi və sosial inkişafında misilsiz xidmətlər göstərib. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda sabitlik bərqərar olub, dövlət institutları möhkəmləndirilib və inkişafın möhkəm təməli qoyulub.

Bildirilib ki, bu strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub, iqtisadi gücünü artırıb, beynəlxalq arenada nüfuzunu möhkəmləndirib və regionun aparıcı dövlətinə çevrilib.

Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ideyaları milli maraqlara əsaslanaraq ölkənin müstəqilliyinin möhkəmləndirilməsində, güclü idarəetmə sisteminin qurulmasında və ictimai-siyasi sabitliyin təmin olunmasında həlledici rol oynayıb.

Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi isə Azərbaycanın dayanıqlı inkişafını təmin edir, milli birliyi daha da gücləndirir və ölkənin gələcəyə inamla irəliləməsinə geniş imkanlar yaradır.

Sonra YAP Quba rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib.

Sonda partiya sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.