YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronun Saray qəsəbəsində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Abşeron rayon şöbəsində aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Saray qəsəbəsində seçicilərlə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev qeyd edib ki, Azərbaycanın və bütövlükdə regionun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərində partiyamızın Sədri, Prezident İlham Əliyevin namizədliyini irəli sürüb: "YAP-ın bu qərarı xalqımızın istək və arzularından irəli gəlir və Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin mövqeyini ifadə edir. Prezident İlham Əliyev 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyi bütün vədlərə əməl edərək hər bir azərbaycanlının Prezidenti olduğunu əyani təsdiq edib. Ona görə də inanıram ki, aprelin 11-də də xalqımızın mütləq əksəriyyəti seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcək".

Sonra çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev partiyamızın namizədi, dövlət başçısı İlham Əliyevin son 15 ildə həyata keçirdiyi siyasətin uğurları haqqında ətraflı məlumat verib. O bildirib ki, cənab İlham Əliyev dövlət başçısı olaraq daim regionlara səfər edib və bölgələrin sosial-iqtisadi inkişafı ilə əlaqədar mühüm qərarlar verib. B.Quliyev 11 aprel seçkilərində xalqımızın bir daha cənab İlham Əliyevə yüksək etimad göstərəcəyini bildirib, seçiciləri seçki günü fəal olmağa çağırıb.

Görüşdə çıxış edən YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının sədri Təyyubə Hüseynova, YAP Abşeron rayon təşkilatı təbliğat qrupunun üzvləri Vahid Əliyev və Məhərrəm Abdulov, Saray qəsəbə sakinləri Təranə İsmayılova, Ağası Tahirov və digərləri Azərbaycanın son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verərək Abşeron rayon seçicilərinin aprelin 11-də cənab İlham Əliyevə səs verəcəyinə əminliklərini ifadə ediblər.