YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöl rayonunun Çaykənd kəndində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Çaykənd kəndində seçicilərlə görüş keçirib.

YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini, gələcəyə inamla addımladığını bildirib: "Son 15 ilin nailiyyətləri sübut edir ki, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Bu gün hər bir vətəndaşımız ölkəmizin uğurlarından qürur duyur. Qazanılan nailiyyətlər xalqımızı daha böyük qələbələrə, zəfərlərə ruhlandırır".

Təşkilat sədri əlavə edib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dövlətimizin milli maraqlarına xidmət edir, eləcə də əldə edilən uğurların təminatçısıdır. Bu gün Azərbaycan vətəndaşları Prezident İlham Əliyevi alternativsiz lider kimi dəyərləndirir. T.Əliyev əldə edilən uğurların davamlı olması üçün seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Daha sonra çıxış edənlər - təbliğat qrupunun üzvləri - Ramiq Abbasov, İftixar Hüseynov, seçici Surxay Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər. Onlar Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını bildiriblər.