YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Biləsuvar rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması prosesini uğurla həyata keçirib.

Qeyd edək ki, ilk olaraq rayon təşkilatı tərəfindən   Yeni Azərbaycan Partiyasının üzvü olan könüllülərdən ibarət qrup yaradılaraq onlarla müvafiq treninqlər keçirilib.

Biləsuvar rayonu üzrə 2 seçki dairəsi fəaliyyət göstərir. 66 saylı Biləsuvar Seçki Dairəsi üzrə seçicilərin sayı 48512, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsi üzrə isə seçicilərin sayı 9049 nəfərdir. Fevralın 17-də həmin dairələrdən imzatoplama kampaniyasına başlanılıb.

Ümumilikdə, rayonda 600 seçici imzası toplanıb. Beləliklə, Yeni Azərbaycan Partiyasının Sədri, prezidentliyə namizəd cənab İlham Əliyevin müdafiəsi üçün aparılan imzatoplama kampaniyası YAP Biləsuvar rayon təşkilatı tərəfindən uğurla başa çatdırılıb.