YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Ermənistan beynəlxalq hüququn normalarını açıq-aşkar pozur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak ilə mətbuata birgə bəyanatında bildirmişdir: “Uzun illərdir Dağlıq Qarabağ və ətraf yeddi rayon erməni işğalı altındadır. Ermənistan beynəlxalq hüququn normalarını açıq-aşkar pozur. Dünyanın ən mühüm beynəlxalq təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, o qətnamələrdə Ermənistan dərhal və qeyd-şərtsiz torpaqlarımızı azad etməyə çağırılır. Amma Ermənistan buna məhəl qoymur. Bizim ölkənin ərazisinin 20 faizi işğal altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıblar. Burada Xocalı soyqırımını qeyd etmək istərdim. Yüzlərlə günahsız insanın qətlə yetirilməsi faktı mövcuddur. Bizim məscidlər, məzarlıqlar dağıdılıb. Buna heç bir bəraət qazandırmaq olmaz, bu, vandalizmdir.”

Prezident İlham Əliyev qeyd etmişdir ki, həmin o zorakılığı və soyqırımını bu gün Ermənistan rəhbərliyində olan kriminal ünsürlər törədiblər. Biz bu məsələni daim diqqətdə saxlayırıq. Bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu, regional sülh və sabitliyə töhfəsini vermiş olacaq. 

DİGƏR Xəbərlər Arxiv