Xəbərlər
Ali Baş Komandanın tapşırığına əsasən, Prezidentin hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/dd63042ea9daf3e9e3be7b32eb34e87a.jpg&w=360)
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil edilib.