YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlixan Osmanov: Bakı Metropoliteni yeni nəsil vaqonlar alacaq

Bakı Metropoliteni yeni nəsil vaqonlar alacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda mövcud stansiyaların yenilənməsi və yeni avadanlıqlarla təchiz edilməsi planlaşdırılır. Bununla yanaşı vaqon parkının yenilənməsi və yeni xətlərdə qatarların hərəkətinin təşkili üçün Rusiyanın “Metrovaqonmaş” ASC ilə müqavilələr bağlanacaq və yeni nəsil vaqonlar alınacaq. Ötən il həmin zavoddan 15 vaqon alınaraq istismara verilib. Bu vaqonlar həm havalandırma, həm də kondisioner sistemləri ilə təchiz olunub.