YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri ölkəmizdə təhsil almış efiopiyalı tələbələrlə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Azərbaycanda təhsil almış efiopiyalı tələbələrlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarov təhsil sahəsinin Azərbaycan və Efiopiya arasında ikitərəfli humanitar münasibətlərdə xüsusi yer tutduğunu və bu sahədə tarixə söykənən ənənəvi əməkdaşlığın davam və inkişaf etdirilməsinin vacib olduğunu söyləyib. O, həmçinin Efiopiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə təhsil sahəsində əlaqələrin təşviqi üçün qarşılıqlı xoş niyyətin ifadə edildiyini bildirib.

Görüşdə məzunlar Azərbaycan və Efiopiya arasında dostluq körpüsünün əsasını qoyduqlarını bildirərək, müxtəlif dövrlərdə göstərilmiş dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycanda təhsil almış tələbələrin hazırda Efiopiyanın müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını bildiriblər.