YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Orta Asiya, Qazaxıstan və Avropanın bir sıra ölkələri Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərirlər

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindəki çıxışında bu layihəyə Orta Asiya və Qazaxıstanın böyük maraq göstərdiklərini qeyd edərək deyib: “Orta Asiyadan və Qazaxıstandan gəlmiş nümayəndə heyətləri, yüksək vəzifəli şəxslərin bu mərasimdə iştirakı bunu əyani şəkildə göstərir”.

Dövlətimizin başçısı çıxışında bu dəmir yolunun yüklərin daşınması istiqamətində əlavə imkanlar yaradacağına əminliyini bildirib. “Bizim ölkələrimizin Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmləndiriləcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, Avropa üçün bu yolun böyük əhəmiyyəti var və bir neçə Avropa ölkəsi ilə artıq Azərbaycan müvafiq danışıqlar aparıb və Avropa ölkələri də bu yola çox böyük maraq göstərirlər.

 

DİGƏR Xəbərlər Arxiv