YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafa rayonunda “Mədəni irsimizin dünyada təbliğində Yeni Azərbaycan Partiyasının Sədr müavini, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar Ağstafa rayonu Aşıq Alı adına Mədəniyyət Evində “Mədəni irsimizin dünyada təbliğində Yeni Azərbaycan Partiyasının Sədr müavini, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu” mövzusunda tədbir keçirilib.

Tədbiri YAP Ağstafa rayon təşkilatının sədr müavini Lalə Eyyubova açaraq bildirib ki, yarandığı vaxtdan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqətlə xidmət edən Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin qüdrətlənməsinə, inkişafına, güclənməsinə yönələn misilsiz xidmətlərlə zəngin bir yol keçib: «Bu yolda fədakarlıq göstərənlərdən biri də dünyanın hansı ölkəsində olursa olsun azərbaycanımızın zəngin mədəni irsini təbliğ edən, Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında yorulmadan çalışan Yeni Azərbaycan Partiyasının Sədr müavini, Birinci vitse-prezident Mehriban xanım Əliyevadır».

YAP Ağstafa rayon təşkilatı Qadınlar Şurasının sədri Şəhanə Osmanova da çıxışında Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən söz açıb: “O, mahiyyət etibarilə qadındır, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan qadındır.O, birinci xanım yükünü elə-belə sadəcə daşımır, ölkənin Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdə bilavasitə iştirak edir, milli-mədəni irsimizin dünyada təbliğində təmənnasız xidmətlər göstərir”.

YAP Ağstafa rayon təşkilatının Şura üzvləri Fatma Vəliyeva, Ləman Cəlilova, əməkdar müəllimələr İndira Səmədova, Sevda Əliyeva, Uşaq xəstəxanası ərazi ilk partiya təşkilatının sədri İradə Batıyeva, Dağkəsəmən kənd tam orta məktəbin müəllimi Dürdanə Mahmudova və digər çıxış edənlər Mehriban xanım Əliyevanın mədəni irsimizin dünyada təbliğində və tanınmasında gördüyü misilsiz xidmətlərindən danışıblar.