YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan ilə Litva arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunmuş səfiri Valdas Lastauskası qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

E.Məmmədyarov V.Lastauskası təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib. O, Azərbaycan ilə Litva arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.

V.Lastauskas səfir qismində iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə ikitərəfli siyasi, iqtisadi, mədəni, humanitar və elmi əlaqələrin gələcək inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb.