Xəbərlər
Mehriban Əliyeva: Biz dünyanı Bakıda salamlamaqda davam edəcəyik

“Biz dünyanı Bakıda salamlamaqda davam edəcəyik: bu yay Formula-1 Azərbaycan Qran-Pri turniri, sentyabrda qadınlar arasında voleybol üzrə Avropa çempionatı keçiriləcək və 2020-ci ildə burada, Bakı Olimpiya Stadionunda futbol üzrə Avropa çempionatının oyunları baş tutacaq.” Bu fikirləri birinci xanım, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimində çıxışı zamanı səsləndirib.