Xəbərlər
Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu: Azərbaycan dünya üçün çox faydalı iş görür

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün dünya xalqları üçün vacib olan bir məsələdir.
Bunu Trend-ə Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Pilho Park deyib.
O qeyd edib ki, bu baxımdan Azərbaycan dünya üçün çox faydalı iş həyata keçirir: “Azərbaycan, eyni zamanda, çox mühüm çoğrafi məkanda yerləşməklə dünya üçün vacib bir ölkədir, İpək Yolunun mühüm bir ölkəsidir”.
P.Park bildirib ki, Azərbaycan artıq bu kimi beynəlxalq tədbirlərin təşəbbüskarına çevrilib: “Bu baxımdan Azərbaycan dünyada sülh və sabitliyin təmin olunmasına, mədəniyyətlərarası dialoqun və anlaşmanın inkişafına mühüm töhfə verir”.