YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycanda bütün dinlərə qarşı dözümlülük var

«Hazırda bütün dünyada din məsələsi aktualdır. Bu baxımdan, ölkəmizdə də bu məsələ diqqət mərkəzindədir». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov komitənin bu gün keçirilən iclasında deyib. 

S.Novruzov bildirib ki, mövcud vəziyyət  “Dini etiqad haqqında” qanuna dəyişikliklər edilməsi zərurətini gündəmə gətirib. Onun sözlərinə görə, bu dəyişikliklər insanların maraqlarına uyğundur. Çünki yeniliklər insanları dini məsələlərlə bağlı maarifləndirməyə xidmət edir və onların bu sahədə savadlı şəkildə fəaliyyətinə şərait yaradır.

«Azərbaycanda bütün sahələrdə olduğu kimi, din sahəsində də uğurlu siyasət həyata keçirilir. Azərbaycan bu baxımdan digər ölkələr üçün nümunədir. 2017-ci il  Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Bir neçə gündən sonra Azərbaycanda IV İslam Həmrəylik Oyunları başlayacaq. Bütün bunlar göstərir ki, Azərbaycanda bütün dinlərə qarşı dözümlülük var. Biz də qanunlara dəyişiklik etməklə bu sahədə olan boşluqları aradan qaldırır, bütün din nümayəndələrinin azad şəkildə fəaliyyətinə imkan yaradırıq»- deyə, S.Novruzov vurğulayıb.