YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Ölkəmiz gec-tez öz torpağını işğalçılardan azad edəcək

«Ermənistana qarşı indiyə qədər hər hansı sanksiyaların tətbiq edilməməsinin başlıca səbəbi ikili standartlardır». Bu fikri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, beynəlxalq müstəvidə müəyyən dairələr  Azərbaycanın inkişafına qısqanclıqla yanaşır. Onun sözlərinə görə, bölgədə marağı olan dairələr  Azərbaycan böyük uğurlarını, həyata keçirdiyi müstəqil siyasəti həzm edə bilmir.

«Ermənistan isə dərin böhran içərisindədir. Təəssüf ki, müəyyən xarici qüvvələr işğalçı dövləti himayə etməklə, ona yardımlar göstərməklə məşğuldur. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir. Amma səhv mövqedədir, çünki bütün dünya bilir ki, bu torpaqlar Azərbaycanın əraziləridir. Ölkəmiz gec-tez öz torpağını işğalçılardan azad edəcək»- deyə, Z.Oruc qeyd edib.

DİGƏR Xəbərlər Arxiv