YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyalı deputat: Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır

Almaniya Federativ Respublikası Bundestaqının Xristian-Sosialist İttifaqı Fraksiyasının üzvü Tobias Zeç Avropa Azərbaycan Cəmiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandırıb.

Tobias Zeç bildirib ki, artıq iyirmi ildən çoxdur ki, Ermənistan beynəlxalq hüququ pozaraq Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal altında saxlayır. “Bu siyasət BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə ziddir. Buna görə də Avropa ictimaiyyəti mövcud status-kvonu qəbul edə bilmir. Odur ki, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır”, - deyə o bildirib.
Deputat vurğulayıb ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin qaytarılması və məcburi köçkünlərin doğma torpaqlarına geri dönməsi, bizim gələcəkdə ciddi şəkildə dəstəkləyəcəyimiz məsələlər sırasındadır: “Bu kontekstdə “Avropa Qonşuluq Siyasəti” və “Şərqi Tərəfdaşlığı” yüksək səviyyədə əməkdaşlıq üçün vacib alətlərdir. Biz bu alətləri gələcəkdə inkişaf etdirməli və mövcud əməkdaşlıq formalarından daha çox bəhrələnməliyik”.
Tobias Zeç qeyd edib ki, qondarma “Dağlıq Qarabağ Respublikası” beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. O deyib: “Bizim mövqeyimizdə dəyişiklik yoxdur. Bu mənada Avropa İttifaqı 2010-cu ildə Dağlıq Qarabağda keçirilmiş “parlament seçkilərini” qanunsuz hesab edib”.
Tobias Zeçin sözlərinə görə, son zamanlar qoşunların təmas xəttində gərginliyin və toqquşmaların artması bu atəşkəsin kövrəkliyini göstərir. “Biz əslində intensivləşən bir münaqişənin şahidi oluruq. Odur ki, ATƏT mühüm bir vasitəçi olaraq Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün beynəlxalq hüququn əsas prinsipləri əsasında formalaşdırılmış “Madrid Prinsipləri”nin irəli çəkilməsini gücləndirməlidir. Buraya həmçinin Ermənistan tərəfindən işğal edilmiş rayonların qaytarılması, bütün qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına geri qayıtması məsələsi daxildir. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq biz Ermənistanın işğalçı qüvvələri tərəfindən gərginliyin yenidən artırılmasını pisləyirik”, - deyə deputat vurğulayıb.