YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Görkəmli alim və hərbi xadim Kərim Kərimovun 100 illik yubileyi qeyd ediləcək

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, görkəmli alim və hərbi xadim, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda 2017-ci ilin noyabrında kosmik aparatların və raket texnikasının yaradılması, kosmosa uçuşların intensivləşməsi və kosmonavtikanın inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlər göstərmiş Kərim Kərimovun anadan olmasının 100 illiyinin tamam olduğu qeyd edilir.

Kosmik fəzanın tədqiqi işinə mühüm töhfələr vermiş Kərim Kərimovun 100 illiyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasına Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi ilə birlikdə görkəmli alim və hərbi xadimin yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.