YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Mehdiyev: Yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ 190,9 manat, əvəzetmə əmsalı 45 faiz təşkil edib

“2014-cü ilin ilk yarısında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin, xüsusilə də  qeyri-büdcə daxilolmalarının sürətli artımı öz növbəsində pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilən xərclərin artımına imkan verib”. 

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 2014-cü ilin I yarımilliyinin yekunları ilə bağlı deyib.

E.Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2014-cü ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 2,4 faizlik artım  tətbiq olunub. Onun sözlərinə görə, 1 iyul 2014-cü il tarixə əmək pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği 172,7 manat, yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ 190,9 manat, əvəzetmə əmsalı 45 faiz təşkil edib.

«Nəticədə pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib. Bütün bunlar Azərbaycanda uğurlu sosial siyasətin aparılması, pensiyaçıların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılması və pensiyaların davamlı artırılmasına dair Prezident İlham Əliyevin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir»- deyə, DSMF sədri vurğulayıb.