YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: Bu ilin ötən dövründə sahibkarlara 153,9 milyon manat güzəştli kredit verilib

2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 2982 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 153,9 milyon manat güzəştli kredit verilib. Bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.

Ş.Abdullayev bildirib ki, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 6600-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Onun sözlərinə görə, təkcə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 851 investisiya layihəsinin maliyyələşdirilməsinə 189,9 milyon manat güzəştli kredit verilib.

«Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6000-dən çox yaxın yeni iş yerinin yaradılmasına imkan verir»- deyə, icraçı direktor qeyd edib.

DİGƏR Xəbərlər Arxiv