YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uffe Riis Sorensen: Azərbaycan dünya mediasının inkişafına mühüm töhfə verib

Azərbaycan Dünya Xəbər Agentlikləri Konqresini yüksək səviyyədə təşkil edib və bununla dünya mediasının inkişafına mühüm töhfə verib.

Bu sözləri Dünya Xəbər Agentlikləri Konqresinin sabiq baş katibi Uffe Riis Sorensen deyib.

O bildirib ki, V Konqres, habelə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası təcrübə mübadiləsi üçün çox yaxşı imkan yaradıb. Konqres çərçivəsində səmərəli görüşlər keçirilib və xəbər agentlikləri qarşısında duran çağırışlarla bağlı müzakirələr aparılıb. Bu baxımdan da tədbirin əhəmiyyəti çox böyükdür.

U.R.Sorensen Bakıya dördüncü dəfə səfər etdiyini və şəhəri çox bəyəndiyini deyib: “Hər dəfə Bakıya gələndə gəzməyə çox da imkanım olmur. Ümid edirəm ki, bir dəfə də Bakını gəzmək üçün gələcəyəm”.