YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna təklif edilən dəyişikliklər zəruridir

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna təklif edilən dəyişikliklər zəruridir. Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bildirib ki, qanuna  əlavə ediləcək yeni maddə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsündən irəli gəlib. Onun sözlərinə görə, dəyişikliyə əsasən Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri müəyyən edilərək qanunvericiliyə əlavə edilir.

«Qanuna əlavə olunan yeni maddəyə görə, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri - stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələdə olması, uzunmüddətli ezamiyyətə göndərilmələri, barələrində həbs qətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olmaları kimi valideynlərin və digər qanuni nümayəndələrin iradəsindən asılı olmayan səbəblərdir. Bu maddənin əlavə edilməsində məqsəd yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə bağlı valideynləri və digər qanuni nümayəndələri müxtəlif bəhanələrdən çəkindirmək xarakteri daşıyır»- deyə, komitə sədri vurğulayıb.