YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim sülh və firavanlıq arzulayıram.”