YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abdelhamid Kaşa: Bakı Konqresi media ilə bağlı müasir çağırışların müzakirəsi üçün yaxşı imkandır

Bakı Konqresi medianın fərqli problemlərini, müasir dövrün çağırışlarını, informasiya məkanında baş verən dəyişiklikləri nəzərdən keçirmək üçün yaxşı imkandır.

Bu sözləri Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak etmək üçün Azərbaycana gələn Əlcəzairin “APS” agentliyinin baş direktoru Abdelhamid Kaşa AZƏRTAC-a müsahibəsində deyib.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən A.Kaşa Bakının gözəlliyi ilə onu təəccübləndirdiyini, ölkəmizin inkişaf etdiyini və müasirləşdiyini vurğulayıb.

Dünya Xəbər Agentliklərinin V Konqresinin gündəliyi barədə fikirlərini bildirən baş direktor qeyd edib ki, bu gün informasiya və kommunikasiya texnologiyalarının inkişafı xəbər agentliklərinə ciddi təsir göstərir. İndi xəbər əldə etmək üçün müxtəlif imkanlar mövcuddur: məsələn, sosial şəbəkələr, telefonlar və sair. Bütün bunlar bizim qarşımıza yeni tələblər qoymaqla yanaşı, həm də yeni informasiya istiqamətləri yaradır.

Abdelhamid Kaşa vurğulayıb ki, Konqres zamanı yüzdən çox iştirakçının media dünyasında mövcud çağırışlara cavab vermək üçün hansı addımların atılacağı barədə fikirlərini dinləmək çox maraqlı olacaq. Oxucunun xəbər izləmək vərdişləri dəyişir və informasiya agentlikləri öz mövqelərini qoruyub saxlamaq üçün müxtəlif vasitələrdən istifadə etməlidirlər. Bakı Konqresi bu sahədə təcrübə mübadiləsi aparmaq baxımından çox əhəmiyyətli platforma olacaq.