YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmayıl İsmayılov: Bir çox ölkələr Azərbaycanda idman sahəsində həyata keçirilən islahatları, görülən işləri öz təcrübələrində tətbiq edirlər

«Bu gün dünyada bir çox ölkələr Azərbaycanda idman sahəsində həyata keçirilən islahatları, görülən işləri öz təcrübələrində tətbiq edirlər. İdmançılarımızın hazırlıq prosesləri o ölkələrdə təşkil olunur ki, orada idmanın müvafiq növü inkişaf edib. Bu da müstəqil Azərbaycanın idmançılara göstərdiyi diqqət, qayğı və dəstəyin nəticəsidir». Bu fikirləri gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

İ.İsmayılov bildirib ki, bu gün elə bir çempionat, yarış, Olimpiada yoxdur ki, bizim idmançılarımız orada iştirak etməkdə hansısa çətinliklə üzləşsin. Onun sözlərinə görə, Azərbaycan dövlətinin idmana, idmançılara qayğısı ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin onlara göstərdiyi yüksək etimaddır.

«Sonuncu - XXXI Yay Olimpiya Oyunlarında idmançılarımızın 18 medal qazanması və milli komandamızın adambaşına düşən medalların sayına görə 15-ci yeri tutması atletlərimizin yüksək hazırlıq səviyyəsindən xəbər verir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasəti müstəqil Azərbaycanda güclü idman potensialının formalaşması ilə nəticələnib. Düşünülmüş, məqsədyönlü proqramlar əsasında qurulan fəaliyyət müsbət nəticələr verməkdə davam edir. Ölkəmizdə bədən tərbiyəsi və idman cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycan həm idman sahəsində qazanılan uğurlar, həm ən müasir idman infrastrukturu yaradılması, həm də mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi ilə beynəlxalq idman ailəsinin nüfuzlu üzvünə çevrilib»- deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv